Qeyri-neft sektoru üzrə ixracatçı şirkətlərin reytinqi açıqlanıb

15:36 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ABC.AZ xəbər verir ki, “İxrac icmalı”nın oktyabr sayında öz əksini tapıb.

Sözügedən sayda qeyd edilib ki, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” MMC, “Mors Trading” MMC,  “Almeyvə”, “STP Alüminium” MMC, Şirinov Elvin Valeh oğlu, “P-Aqro” MMC, “Rose Servis” MMC, “Şimal AqroPark” MMC.