“Dostluq” yatağının birgə kəşfiyyatı yeni imkanlar açır - SOCAR prezidenti

12:00 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu Azərbaycan və Türkmənistan üçün neft-qaz sektorunda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır".

ABC.AZ Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Rövşən Nəcəf Aşqabada səfəri zamanı bildirib.

R.Nəcəf iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına zəmin yaradan mövcud müqavilə-hüquq bazasından bəhs edib, Cənub Qaz Dəhlizinin ölkəmizlə yanaşı, region ölkələri üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarıldığını qeyd edən SOCAR prezidenti şirkətin neft-qaz sektorundakı çoxşaxəli fəaliyyəti, Xəzər hövzəsində malik olduğu imkanlar və uzunmüddətli strateji hədəfləri barədə də danışıb.