Avropa Rusiya qazından asılılığı azaltsa da, başqa təchizatçılar da axtarır - Josep Borell

10:44 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Avropa Rusiya qazından asılılığını azaldıb, qaz idxalında Rusiyanın payı 40%-dən 7%-ə düşmüş, lakin başqa təchizatçılar da axtarmaq lazımdır.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) rəhbəri Josep Borrell bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə qədər Avropa qazın 40%-ni Rusiyadan idxal edirdi.

"Biz bu asılılığın 40%-dən 7%-ə qədər azalmasına nail olmuşuq", - Borrel BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının Buenos-Ayresdə keçirilən iclasında deyib.

"Bu, bizi başqa təchizatçılar axtarmağa, bərpa olunan enerjiyə sürətli keçməyə məcbur edir və biz Latın Amerikasında bunları (imkanları) görürük", - Borrell bildirib.