10:45 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 19 milyon 514,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Sözügedən dövrdə ixrac edilən neft və neft məhsullarının dəyəri isə 14 milyard 897,4 milyon ABŞ dolları olub.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında ölkədən 20 milyon 281,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 9 milyard 302,6 milyon dollar təşkil edib.
21 Avqust 2026
21 Avqust 2026