11:07 - 25.10.2022
25 oktyabr, Fineko/abc.az. Cari ilin üçüncü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxşdir.
ABC.AZ SOCAR- a istinadla xəbər verir ki, şirkət tərəfindən ixrac edilən neftin həcmi 7,4 faiz artaraq 4,8 milyon ton olub.
SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.
Ölkə daxilində 2,5 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
21 Avqust 2026
21 Avqust 2026