17:09 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Azərbaycan hökuməti “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) modernizasiyası üçün 180 milyon ABŞ dolları civarında kredit almağı planlaşdırır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu hökumətdəki mənbə məlumat verib. Bildirilir ki, “Azərenerji” tərəfindən modernizasiya proqramı və təkliflər hazırlanıb hökumətə təqdim edilib. Təkliflər 3 quruma göndərilib. Onlardan biri razılıq verib, ikincisi narazılıq edib, üçüncü qurum isə neytral qalıb. Bundan sonra isə layihə 3 dəfə işlənib və sonuncu versiya bəyənilib.
İlkin olaraq İES-in 6 və 7-ci bloklarının modernizasiyası nəzərdə tutulur. Bunun üçün isə 180 milyon ABŞ dollarına ehtiyac olduğu müəyyən edilib. İnvestisiya çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında buxar turbinlərin quraşdırılması planlaşdırılır. İlkin hesablamalara görə, əgər bu reabilitasiya baş tutsa Azərbaycan ildə 1,2 milyard kubmetr təbii qaza qənaət edə biləcək.