Neft ucuzlaşır, Brent barrel başına $92,55 təşkil edir

09:50 - 24.10.2022


24 oktyabr, Fineko/abc.az. Bazar ertəsi günü bazarda etalon markaların qiymətləri azalmaqdadır.

London ICE Futures birjasında Brent neftinin dekabr ayı üzrə fyuçerslərinin qiyməti saat 09:37-də $0,95 (1,02%) - barrel başına $92,55-ə düşdü. Ticarətin nəticələrinə görə, oktyabrın 21-də bu müqavilələr $1,12 (1,21%), barrel başına $93,50-ə qədər bahalaşıb.

Saat 09:37-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçersi $0,90 (1,06%) - barrel başına $84,15-ə düşdü. 21 oktyabrda baş tutan hərracların nəticələrinə görə, bu müqavilələrin dəyəri $0,54 (0,64%), barrel başına $85,05-ə qədər artıb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 2%, WTI 0,5% bahalaşıb.