Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada tikilir

15:27 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır.

ABC.AZ xəbər verir ki, bu sözləri “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos stansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.

Qeyd edək ki, “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir.

Nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.