11:50 - 20.10.2022
20 oktyabr, Fineko/abc.az. Azərbaycanda yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkənin ümumi elektrik enerjisi istehsalı gücü 7 953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və yaxud 4,9 % artım deməkdir.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, son 1 il elektroenergetika sisteminin dayanıqlığının artırılması, yeni məzmunda inkişafı istiqamətində uğurlarla zəngin olub: “Elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 %-ni təşkil edir”.
21 Avqust 2026
21 Avqust 2026