14:32 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. 2022-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 11,4 faiz yüksəlib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların kimyəvi təmizlənməsi, ayaqqabıların, mənzillərin, məişət cihazlarının, mebellərin, minik avtomobillərinin təmiri, ictimai iaşə, tibbi, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə oluub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
18 Avqust 2026