Azərbaycan Gürcüstana pivə ixrac edəcək - Açıqlama

10:02 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az   Bizim qarşıya qoyduğumuz əsas məqsəd istehsalı artırmaq və ixrac potensialını çoxaltmaqdır.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Carlsberg Azerbaijan" şirkətinin baş direktoru Alius Antulis deyib.

O qeyd edib ki, şirkət məhsullarını artıq Gürcüstana ixrac edir, bundan sonra isə potensialını artırmaq və yeni bazarlar tapmağı hədəfləyir: "Qeyd etdiyim kimi əsas hədəfimiz ixrac potensialımızı çoxaltmaqdır. Bu istiqamətdə işlərimiz davam edir. Bildiyiniz kimi məhsullarımızı Gürcüstana artıq ixrac edirik, bundan sonra isə qonşu ölkə bazarına daha çox pivə satmaq istəyirik. Həmçinin başqa bazarlar da axtarışında olacağıq".

Şirkət rəmisi hazırda sözügedən məsələlələrlə bağlı işlərin aparıldığını qeyd edib. 

Müəllif: Elmir Murad