Azərbaycanla yolların açılması üçün Rusiya Ermənistana təkliflər edilir

11:40 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılması Ermənistan bazarına $4,5-5 milyarda yaxın Rusiya sərmayələrinin cəlb edilməsi üçün şərait yaradacaq.

ABC.AZ İnterfax-a istinadən verir ki, bu barədə RF-nin baş nazirinin müavini Aleksey Overçuk IX Rusiya-Ermənistan Regionlararası Forumunda bəyan edib.

“Əminik ki, liderlərimizin üçtərıfli razılıqlarına əssaən regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura yeni sərmayələrin cəlb edilməsi üçün yeni imkanlar açıacaq. Qiymətləndirmələrimizə əsasən, Ermənistanla Azərbaycan arasında dəmir və avtomobil yollarının açılması Ermənistana 4,5-5 milyard dollara yaxın Rusiya sərmayələrinin cəlb edilməsi üçün şərait yaradacaq. Bunların hansı layihələr ola biləcəyinə dair anlayışımız var, biz onları biznesiminzlə çoxdan müzakirə edirik”, - hökumətin saytında dərc olunan Overçukun çıxışının mətnində qeyd edilir.