Azərbaycan son 8 ayda bu məhsulun idxalını artırıb

14:10 - 19.09.2022


19 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 34 milyon 861 ABŞ dolları dəyərində 40 min 767 ton düyü idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bir il öncəki göstərici ilə müqayisədə idxal edilən düyünün dəyəri 40,4%, həcmi isə 20% artıb.

Qeyd edək ki, cari ilin ilk səkkiz aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,39%-na bərabər olub.