Kredit tarixçələrini əldə etmək daha da asanlaşır

10:21 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

ABC.AZ xəbər verir ki, növbəti inteqrasiya prosesi Azərbaycan Kredit Bürosunun (AKB) sistemi ilə reallaşıb. Belə ki, bundan sonra vətəndaşlar AKB-nin yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC-da qeydiyyatdan keçmək, həmçinin yaradılmış şəxsi kabinetdə müvafiq razılaşma sənədini elektron qaydada imzalamaq üçün SİMA proqram təminatından istifadə imkanı əldə edirlər.

FINDOC-un təqdim etdiyi xidmətlər bunlardır:

-        kredit hesabatına baxış;

-        skor hesabatına baxış;

-        kredit hesabatının PDF formatında əldə edilməsi;

-        kredit hesabatının Büronun rəsmi elektron poçtundan digər e-poçt ünvanına yönləndirilməsi.

Bununla da vətəndaşlar məsafə qət etmədən və zaman itkisinə yol vermədən xidmətlərdən faydalana biləcəklər.