Bakı metrosu QR kodla ödənişə hazırlaşır

11:31 - 13.09.2022


13 sentyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan uğurla keçirib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.

"Bu cür ödənişlərin tətbiqinə tam hazırıq, qərar gözləyirik", - deyə o qeyd edib.