12:31 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Bakının mərkəzində piyada səkisinin xeyli hissəsi hasarlanıb.
ABC.AZ “Trend”ə istinadən xəbər verir ki, Yasamal rayonu, B. Vahabzadə küçəsi, metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən həmin ərazi dünən hasara alınıb.
Ərazidə hansı işlərin aparılması ilə bağlı heç bir məlumat yoxdur. Uzun illər həmin ərazidə yaşıllıq zolağı olsa da, ötən il Ekologiya Nazirliyinin əməkdaşları ərazidəki ağacları başqa yerə köçürmüşdü.
Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ağacların köçürülmə səbəbini açıqlamışdı.
Qurum rəsmisi bildirmişdi ki, ağacların ərazidən köçürülməsinə səbəb yerin atlından keçən kabeldir: “Ağaclar olduğu ərazidə yerin altından kabeldə nasazlıq baş verib. Problemi aradan qaldırmaq üçün həmin yerdə olan ağaclar çıxarılaraq digər əraziyə köçürülüb”.
Bir ildən sonra isə həmin ərazi hasarlanıb. Yeni obyekt tikiləcəyi iddia olunur.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026