Azərbaycanda kolbasa istehsalı 12,4% artaraq 19,6 min tonu ötüb

17:22 - 27.08.2026


27 avqust 2026-cı il, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda kolbasa məmulatlarının istehsalı 2 159 ton və ya 12,4% artaraq 19 min 601 ton təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2026-cı il avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 ton (25,2%) azalaraq 16,6 ton olub.

Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədə 17 min 442 ton kolbasa məmulatları istehsal olunmuşdu, hazır məhsul ehtiyatı isə 22,2 ton təşkil edirdi.