Akvakultura təsərrüfatlarının qeydiyyatı üçün dövlət rüsumu müəyyən edilib

15:51 - 27.08.2026


27 avqust, Fineko/abc.az.Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanuna edilən dəyişikliyə əsasən, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu müəyyən edilib.

Eyni zamanda, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına əlavə olunub.