SOCAR və Çin İxrac-İdxal Bankı emal sənayesində əməkdaşlığı müzakirə ediblər

17:34 - 27.08.2026


27 avqust 2026-cı il, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çin İxrac-İdxal Bankı (China Exim Bank) arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən emal sənayesi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Çin İxrac-İdxal Bankının vitse-prezidenti Vanq Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Tərəflər SOCAR-ın Azərbaycanda və xaricdə icra etdiyi perspektiv layihələri, eləcə də Çin bankının beynəlxalq investisiyaların dəstəklənməsi üzrə fəaliyyətini nəzərdən keçirərək qarşılıqlı maraq doğuran digər sahələrdə də fikir mübadiləsi aparıblar.