16:30 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv olan Lüksemburq, İspaniya və Maltaya məhsul ixracı kəskin artaraq 64 milyon 436,85 min dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə və ya 54 milyon 603,13 min dollar çoxdur.
İxrac göstəricilərinin dinamikası:
Lüksemburq: 338,9 dəfə artaraq 20 milyon 250,37 min dollar;
İspaniya: 5 dəfə artaraq 30 milyon 345,4 min dollar;
Malta: 3,7 dəfə artaraq 13 milyon 841,08 min dollar.
Hesabat dövründə Azərbaycanın bu üç ölkə ilə ticarət dövriyyəsi illik müqayisədə 14,7% azalaraq 130 milyon 453,3 min dollar təşkil edib. Bu dövrdə sözügedən ölkələrdən idxalın dəyəri 2,2 dəfə azalaraq 66 milyon 16,47 min dollar olub.
Qeyd olunan göstəricilər Azərbaycanın ümumi ixracının 0,33%-ni, ümumi idxalının isə 0,67%-ni təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026