"Azeri Light" neftinin qiyməti 91,51 dollara düşüb

10:00 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46% azalaraq 91,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi minimal qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.