Badamdarda hərəkətin məhdudlaşdırılması ilə bağlı 3 və 53 nömrəli marşrutların sxemi dəyişdirilib

10:09 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi “20-ci Sahə” yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) təyin edilib.

Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək məqsədilə 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsindəki hərəkəti Cavidan İbrahimli küçəsinə (“Atilla” İdman Mərkəzi) kimi təşkil olunub.