12:32 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin iyul ayında bank sektorunda əsas göstəricilər üzrə artım dinamikası müşahid olunub.
Mərkəzi Bankın hesabatına əsasən, sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla, bankların əmanət portfeli ilin əvvəlinə nəzərən 7,0% (1 143,1 mln. manat) artaraq 17 466,5 mln. manat təşkil edib.
Bu portfelin 64,9%-i (11 342,2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Eyni zamanda, bank sektoru üzrə unikal müddətli əmanətçi sayı ötən aya nəzərən 1,2% (2 755 əmanətçi) artaraq 223 364 nəfərə yüksəlib.
Mərkəzi Bank bildirir ki, geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8,5% artaraq 43 841,8 mln. manata çatıb. Dövriyyədə olan əmanətlərin dollarlaşması səviyyəsi isə müvafiq dövrə nəzərən 4,5 faiz bəndi azalaraq 28,3%-ə düşüb.
25 Avqust 2026