09:30 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bazar ertəsi gün ticarətdə düşür.
London ICE Futures birjasında keçirilən hərraclarda Brent neftinin noyabr fyuçersləri saat 09:10-da $1,32 (1,42%) - barrel başına $91,52-ə qədər ucuzlaşıb. 9 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $3,69 (4,14%) - barrel başına $92,84-ə yüksəldi.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr fyuçersləri saat 09:11-də $1,42 (1,64%) - barrel başına $85,37-ə düşdü. 9 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersləri $3,25 (3,89%) - barrel başına $86,79-a yüksəldi.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 0,19%, WTI - 0,09% ucuzlaşıb.
21 Avqust 2026
21 Avqust 2026