09:30 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən ticarətdə artmaqdadır.
Saat 09:20-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin noyabr fyuçersləri $0,77 (0,86%) - barrel başına $89,92-ə qədər bahalaşıb. 8 sentyabr ticarətinin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,29 (0,33%) - barrel başına $88,29-a yüksəldi.
Saat 09:20-də Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin oktyabr fyuçersinin $0,53 (0,63%) barrel başına $84,07-ə qədər artmışdır. 8 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçersi $0,37 (0,45%) - barrel başına $82,31-a yüksəldi.
Bu həftə Brent markalı neft 5,09%, WTI – 5,25% ucuzlaşıb.
21 Avqust 2026
21 Avqust 2026