14:33 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında istehlak qiymətləri ötən ilin yanvar-iyul aylarına nisbətən 13% bahalanıb.
ABC.AZ qiymət artımı olan bəzi məhsulların hazırki qiymət siyahısını təqdim edir:
1. Çörək – Əvvəl 40 qəpiyə satılan çörəklər hazırda 60-75 qəpikdən başlayaraq növünə görə qiymətləri dəyişib. Qara çörəklərin qiyməti ən son 80 qəpikdən 2 manat 75 qəpiyə qədər artıb.
2. Kərə yağı – 250 qramlıq kərə yağları əvvəlki qiymət ilə 3 manat 80 qəpiyə satılırdısa, hazırda bu rəqəm 4.90 AZN-ə çatıb. (Növünə görə dəyişir)
3. Duru yağ - 1 litrlik qarğıdalı yağı əvvəllər 4 manat civarında satılırdısa, hazırda bu rəqəm 6 manat və daha yüksəyə çatıb.
4. “Super Sun” yağlarının 12 manat 58 qəpiyə satılan 1.75 kiloqramlığı, hazırda 19 manat 50 qəpiyə çatıb.
5. Şəkər tozu və kisəsi - 1 kiloqramlıq şəkər tozu 80 qəpikdən, 1 manat 56 qəpiyə qədər bahalaşıb. 50 kq-lıq şəkər tozu kisəsi isə 67 AZN-dən 75 AZN-ə çatıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026