Azərbaycan 3-cü dövlətə bu ölkə vasitəsi ilə ixrac həyata keçirə bilər

15:19 - 31.08.2022


31 avqust, Fineko/abc.az. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistan energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrimizin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub.

Görüşdə həmçinin iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.