Azərbaycanla bu ölkə arasında enerji əməkdaşlığının Yol Xəritəsi imzalandı

16:30 - 29.08.2022


29 avqust, Fineko/abc.az. Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumatda bildirilir ki, görüşdə dövlət başçısının bu ilin iyun ayında Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov ortaq tarixi-mədəni dəyərlərə malik ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının əsasının qoyulduğu yeni reallıqlar dövründə enerji əməkdaşlığı üçün geniş imkanların qarşılıqlı dəyələndirilməsinin və birgə tərəfdaşlıqların qurulmasının vacibliyini qeyd edib.