Macarıstan Azərbaycan yaşıl elektrik enerjisi alacaq

11:32 - 25.08.2022


25 avqust, Fineko/abc.az. Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi alacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı Peter Siyarto bildirib.

“Azərbaycan böyük miqdarda yaşıl elektrik enerjisi istehsal edəcək və o, Gürcüstana, oradan isə Rumıniyaya sualtı boru kəməri ilə çatdırılacaq. Və biz razılığa gəldik ki, Macarıstan bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ tərəfindən dəstəklənməsi üçün azı iki üzv ölkənin iştirakı zəruridir. Beləliklə, Macarıstana yaşıl elektrik enerjisi nəql etmək mümkün olacaq ki, biz onu qismən istifadə edə, qismən də tranzit marşrutu kimi çıxış edə bilərik”, - Siyarto izah edib.