Avropa İttifaqı ölkələrində elektrik enerjisinin qiyməti artıb

17:25 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Avropa İttifaqı ölkələrində elektrik enerjisi və qazın qiyməti yeni rekordlar vurub.

ABC.AZ xəbər verir ki, bazarında elektrik enerjisinin qiyməti 23 avqust tarixində çatdırma şərti ilə bir MVt/saat üçün 600 avronu keçib.

"Nord Pool" elektrik enerjisi birjasının məlumatlarına görə, bu gün Danimarkada enerjinin qiyməti 1 MVtsaat üçün 605,13 avroya, Avstriyada 615,75 avroya, Belçikada - 603,38 avroya, Almaniyada - 605,13 avroya, Fransada - 611,85 avroya, Niderlandda isə 603,55 avroya çatıb.

Bununla yanaşı, Finlandiyada da enerjinin qiyməti rekord vuraraq 1 1 MVtsaat üçün 494,98 avroya yüksəlib. Enerjinin qiymətinin artmaasına səbəb – Avropada qazın bahalaşmasıdır.

Belə ki, bu gün – avqustun 22-də Avropada qazın qiyməti rekord həddə bahalaşaraq 1 kubmetr üçün 3 min dolları keçib ki, bu da 2022-ci ilin martından bəri ən yüksək qiymətdir.