Avropada ən ucuz qaz Ankara istehlakçılarına verilir

12:07 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Avropa paytaxtları arasında ən ucuz qazın harda olduğu məlum olub.

ABC.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, enerji böhranı səbəbindən bütün dünyada istehlakçıların təbii qaz ödənişləri sürətlə artıb.

Sərt qışa hazırlaşarkən, avropalılar artan təbii qaz ödənişləri ilə mübarizə aparır. Avropa paytaxtları arasında ən ucuz qaz Ankaradadır – bir kubmetr üçün 4,68 lirə (0, 2647 avro ).

Avropada ən bahalı qaz Niderlanddadır - 53,63 lirə (3,01 avro), İngiltərədə bu göstərici 35 lirə (1,96 avro), Berlində - 32,6 lirə (1,83 avro), Zaqrebdə sakinlər bir kubmetr qaz üçün - 9,89 lirə (0,56 avro), Afinada 32,51 lirə (1,82 avro), Sofiyada 25,9 lirə (1,45 avro) ödəyir.

Müəllif: Elmir Murad