Yeddi ayda 16 mln. dollarlıq neft koksu ixrac edilib 

11:46 - 19.08.2022


19 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında ölkədən 77,9 min ton neft koksu ixrac edilib.

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsi (DGK) məlumatına istinadla xəbər verir.
Məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 16 milyon 616,1 min ABŞ dolları olub.