09:40 - 8.08.2022
8 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftənin nəticələrinə görə düşdükdən sonra bazar ertəsi günü ticarətdə artmaqdadır.
London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersləri saat 09:27-də $0,34 (0,36%) - bir barrelə $95,26-a qədər bahalaşıb. Avqustun 5 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçerslərinin qiyməti $0,80 (0,85%) - barrel başına $94,92-ə qədər artıb.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:27-də WTI neftinin sentyabr fyuçersləri $0,28 (0,31%) - barrel başına $89,29-a yüksəldi. Avqustun 5 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $0,47 (0,53%) - barrel başına $89,01-ə yüksəlib.
Ötən həftə ərzində Brent markalı neft 8,71%, WTI – 9,75% ucuzlaşıb.
21 Avqust 2026
21 Avqust 2026