Yarım ildə AÇG-dən Azərbaycana 2 mlrd kubmetr səmt qazı təhvil verilib

14:45 - 4.08.2022


4 avqust, Fineko/abc.az. 2022-ci ilin birinci yarısında AÇG-dən Azərbaycana əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir.

ABC.AZ xəbər verir ki, bu barədə BP şirkətinin açıqladığı hesabatda deyilir.

Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.