10:11 - 28.07.2022
28 iyul, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir.
ABC.AZ-ın məlumatına görə, bunu enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson mətbuat konfransı zamanı deyib.
O, ötən həftə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə birgə Azərbaycana səfərini xatırladıb.
"Biz Azərbaycanda 2027-ci ilədək Aİ-yə qaz tədarükü həcminin iki dəfədən çox artırılması barədə razılıq əldə etdik. Artıq bu il tədarükün 4 milyard kubmetr artmasını gözləyirik", - deyə o bildirib.
21 Avqust 2026
21 Avqust 2026