10:24 - 8.07.2022
8 iyul, Fineko/abc.az. “Bakelektroqaynaq” ASC 2021-ci ili 105 min 200 manat xalis zərər ilə başa vurub.
ABC.AZ-ın məlumatına görə, ASC 2020-ci ili 32 min 714 manat xalis zərər ilə bağlamışdı.
Hesabata əsasən, 2020-ci və 2021-ci illərdə “Bakelektroqaynaq” ASC satışdan gəlir əldə etməyib.
Şirkət həm 2020-ci ildə, həm də 2021-ci ildə 334 min 800 manat sair əməliyyat gəlirləri əldə edib. 31 Dekabr 2021-ci il tarixində “Bakelektroqaynaq” ASC 5 milyon 362 min 374 manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 5 milyon 94 min manat cəmi aktivlərə malik idi.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026