10:01 - 28.06.2022
28 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri dünən yüksəldikdən sonra çərşənbə axşamı ticarətində artmaqdadır.
Saat 09:23-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $1,42 (1,23%) - barrel başına $116,51-ə qədər bahalaşıb. 27 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $1,97 (1,74%) - barrel başına $115,09-a yüksəldi.
Saat 09:23-də Nyu-York əmtəə birjasında (NYMEX)keçirilən ticarətdə WTI neftinin avqust fyuçersləri $1,23 (1,12%) - barrel başına $110,80-ə yüksəldi. 27 iyun ticarətinin nəticələrinə görə, avqust ayı üzrə WTI fyuçers qiyməti $1,95 (1,81%) - barrel başına $109,57-ə yüksəldi.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026