17:03 - 22.06.2022
22 iyun, Fineko/abc.az. Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.
ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.
Nazirlik 2022-2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.
21 Avqust 2026
19 Avqust 2026