Rusiya Qazaxıstan neftinin nəqlinə məhdudiyyətlər qoydu

10:06 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub.

ABC.AZ-ın xarici KİV-ə istinadən məlumatına görə, Neft nəqlinin dayandırılması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub.

Belə ki, burada Qazaxıstan Prezidenti Kreml üçün gözlənilməz olan bəyanatlarla çıxış edib.

Belə ki, Prezident Kasım Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qazaxıstanın DXR və LPR-ni tanımadığını, çünki onları “kvazi-dövlət qurumları” hesab etdiyini bildirib.

“Bir millətin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşarsa, o zaman Yer kürəsində 193 dövlət əvəzinə 500-600-dən çox dövlət yaranacaq. Bu, xaos olacaq”, – Tokayev qeyd edib.

Bu açıqlamalardan sonra Rusiya Qazaxıstan neftinin nəqlini dayandırıb.

Müəllif: Elmir Murad