16:06 - 14.06.2022
14 iyun, Fineko/abc.az. Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəni dünən Belarus üzərində qazandı – 2:0. Bu qalibiyyətə görə komanda üzvlərinə böyük məbləğdə mükafat veriləcək.
ABC.AZ Futbolpress-ə istinadən xəbər verir ki, AFFA rəhbərliyi dünən start heyətdə yer alan hər bir futbolçuya 35 min manat ödəyəcək.
Ehtiyatda qalan oyunçular isə bunun yarısını alacaq. Millətlər Liqasında 4 oyundan sonra 4 xalı olan yığma qrupda 3-cüdür.
12 Avqust 2026