11:55 - 14.06.2022
14 iyun, Fineko/abc.az. Qara dənizdə yerləşən Türkiyənin “Sakarya” yatağından təbii qazı quruya nəql edilməsi üçün dənizin dibinə boruların çəkilməsi işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O, 2020-ci ildə kəşf edilən yataqdan ilk təbii qaz hasilatının 2023-cü ildən etibarən başlayacağını qeyd edib.
Fatih Dönməz onu da əlavə edib ki, 2023-cü ildə gündəlik qaz hasilatının 10 mln. kubmetr səviyyəsində olacağı gözlənilir, lakin 2026-cı ildə hasilatı maksimum səviyyəyə çatdırmaq planlaşdırılır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026