Rusiyada şərab qıtlığı yarana bilər - Şirkətlər qrupu həyəcan təbili çalır

11:54 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Rusiyada ilin sonunadək şərab qıtlığı yarana bilər.

ABC.AZ xəbər verir ki, bu barədə "Abrau-Dyurso" şirkətlər qrupu məlumat yayıb.

Qeyd edilib ki, ilin sonuna yaxın - Yeni İl ərəfəsində ölkədə şərab qıtlığı yaranması qaçılmazdır.

"Hazırda bazarda həm adi, həm də köpüklü rus şərablarına tələbat artmaqdadır. Bu, mağazalardla xarici şərabların azalması, eləcə də qiymətlərin artımı ilə bağlıdır. Əgər tələbat göstərici bundan sonra da belə qalsa, bu vəziyyət ilin sonunda, Yeni il bayramları ərəfəsində müəyyən qıtlığa səbəb ola bilər. Çünki bizim il üçün nəzərdə tutulan ehtiyatlarımız sürətlə satılır»-deyə titov bildirib. O əlavə edib ki, bu ilki məhsuldan şərabı yalnız gələn il üçün hazırlamaq olar", - deyə məlumatda qeyd edilib.

Müəllif: Elmir Murad