Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiyməti ucuzlaşıb?

16:56 - 10.06.2022


10 iyun, Fineko/abc.az. 2022-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, əvvəlki ilin may ayına nisbətən 110,3 % təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, cari ilin may ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.