ABŞ-da polis üçün dron hazırlanıb - Foto

17:13 - 9.06.2022


9 iyun, Fineko/abc.az. Amerikanın Axon şirkəti polis məmurları üçün yeni ixtira konsepsiyasını təqdim edib.

ABC.AZ xarici mediaya istinadla bildirir ki, bu ixtira videokamera və səs-küylü silahla təchiz edilmiş kiçik drondur.

Məlumata görə, dron insan bədəni ilə təmas əldə edən kimi sistem işə düşür və hədəfi elektrik cərəyanı vurur.

Teorik olaraq, bu bir insanı hərəkətsizləşdirməlidir, amma təcrübədə ekspertlər ölümcül nəticələrin mümkün olduğunu söyləyirlər.

Şirkətdən bildiriblər ki, bütün məktəblərin videomüşahidə sistemləri və belə dronlarla təchiz edilməsi potensial cinayətkarı 60 saniyə ərzində zərərsizləşdirə bilər.

O, bu yaxınlarda Texas məktəbində baş verən atışmanı xatırladıb və onun firmasının belə bir mühafizə yaratmaq vəzifəsini öz üzərinə götürməyə hazır olduğunu bildirib.