"Qazprom Germania"-ya qarşı sanksiyalar almanların ziyanına işləyəcək

11:27 - 6.06.2022


6 iyun, Fineko/abc.az. “Qazprom”un keçmiş törəmə şirkəti “Qazprom Germania”nın Rusiyanın sanksiyalar siyahısına daxil edilməsi Almaniyadakı qaz istehlakçılarına 5 milyard avroya başa gələcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Federal Şəbəkə Agentliyinin kənar nəzarəti altında olan şirkət indi  baha olan yeni müqavilələr əsasında qaz almağa məcburdur.

Nəticədə bu, istehlakçılar üçün qiymətlərin bahalaşması ilə nəticələnəcək.

Qeyd edək ki, martın 31-də Qazprom Qrupu Gazprom Germania GmbH-də iştirakını və bütün aktivlərini dayandırıb. Aprel ayında Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi şirkəti sentyabrın 30-dək Federal Şəbəkə Agentliyinin qəyyumluğuna verib.

Müəllif: Elmir Murad