17:21 - 3.06.2022
3 iyun, Fineko/abc.az. Yaxın günlərdə ölkəyə kütləvi turist axınının olacaq.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov deyib.
O diqqəti Formula-1 yarışlarına çəkib: “Bölgələrdə apardığımız monitorinqlər zamanı görürük ki, otellər yay fəslinə tam hazırdır. Bakıdakı mehmanxanalar da artıq öz işlərini bərpa ediblər. Qarşıdan Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqası yarışı gəlir. Bu səbəbdən də xarici turistlər paytaxtda gecələməyə üstünlük verəcəklər".
7 Avqust 2026
7 Avqust 2026