Türkiyədə elektrikin qiymətləri bahalaşdı

12:02 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Türkiyədə iyunun 1-dən etibarən elektrik enerjisinin qiyməti 15% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu açıqlayıb.

Məlumatda qeyd edilib ki, qardaş ölkədə evlərdə istifadə olunan elektrik enerjisinin qiyməti 15%, iş sektorunda isə 25% artırılıb.

Müəllif: Elmir Murad