Bu evlərin alqı-satqısı zamanı ƏDV qaytarılmayacaq

17:12 - 31.05.2022


31 may, Fineko/abc.az. Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30 faizinin geri qaytarılması hər mənzilə aid edilməyəcək.

ABC.AZ xəbər verir ki, bunu "ARB24"ün “İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Radil Fətullayev deyib.

O bildirib ki, yeni qaydalar yalnız MTK-lardan alınan mənzillərə şamil ediləcək: “ƏDV-nin qaytarılması yalnız yeni tikili satan MTK-lardan alınan mənzillərə tətbiq edilir. Əgər alıcı MTK-dan mənzil alıb, başqasına satarsa, ƏDV qaytarılmayacaq”.