17:22 - 26.05.2022
26 may, Fineko/abc.az. Bu gündən Azərbaycanda bəzi siqaretlərin qiymətləri bahalaşıb.
ABC.AZ-ın mağazalarda apardığı monitorinqə əsasən, qiymətlər 10-30 qəpik civarında artıb.
Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.
Təfərrüatlara varsaq görərik ki, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.
Müəllif: Elmir Murad
18 Avqust 2026