16:01 - 24.05.2022
24 may, Fineko/abc.az. Azərbaycanda bank kartları ilə elektron ticarətdəki ödənişlərin həcmi cüzi artıb.
Belə ki, Mərkəzi Bankın hesabatına əsasən, elektron ticarət öncəki ili 3 dəfəyə yaxın üstələyib.
Hesabata görə, 2022-ci ilin yanvar-aprel ayları ərzində bank kartları ilə 4 mlrd. 448 mln. manat təşkil edib.
Bu da 2021-ci ilin eyni dövründə 1 mlrd. 601 mln. manat olduğunu nəzərə alsaq 2.8 dəfə artım deməkdir.
Qeyd edək ki, bu 2020-ci ildə cəmi 1 153 mln. manat idi.
Müəllif: Elmir Murad